Enerji içkilərinin ürək və damar sisteminə təsiri.

Qlobal miqyasda enerji içkilərinin populyarlığı durmadan artır. Onların insanlarda ürək-damar sisteminə təsiri ilə bağlı elmi maraq da genişlənir və bununla da enerji içkiləri ilə əlaqəli mənfi hadisələrin halları haqqında hesabatların sayı artır.
Bildiyimiz kimi, enerji içkilərinin tərkibində kofein, taurin, qlükonolakton, inozitol, B qrup vitaminlər və s. digər stimullaşdırıcı komponentlər mövcuddur. Bu maddələr bədəndə qan dövranının sürətlənməsini, mərkəzi sinir sistemində hormonların və insulinin ifrazını stimullaşdırır. Lakin enerji içkiləri orqanizmdə əlavə enerji mənbəyi kimi yox, onun daxili resurslarından məcburi intensiv istifadənin gücləndiricisi kimi çıxış edir. Nəticədə bu içkilər xüsusən yeniyetmə və gənclərdə orqanizmin daxili ehtiyat yuxusuzluq, bulanıq görmənin meydana gəlməsi, qan təzyiqinin artması, əsəb gərginliyi, ürək fəaliyyətinin pozulmasına səbəb olur. Göstərilən təsirlərin öyrənilməsi tədqiqat işinin əsas məqsədini təşkil edir.
Qarşıya qoyulan məqsədə çatmaq üçün 18-22 yaş həddində olan 20 nəfərin 475 ml taurin tərkibli enerji içkisi qəbulundan öncə və 1 saat sonra ürək bioelektrik aktivlikləri, qan təzyiqləri , qanda oksigen səviyyələri ölçülmüşdür. Enerji içkisinin qəbulundan 1 saat, 24 saat sonra könüllülərin əhval-ruhiyyəsi, yuxu rejimindəki dəyişikliklər, görmədə dəyişlikləri barədə sorğu aparılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir