COVİD-19 İNFEKSİYASI ZAMANI MÜXTƏLİF DƏRƏCƏLİ AĞCİYƏR ZƏDƏLƏMƏLƏRİ BAŞ VERMİŞ PASİYENTLƏRİN ÜMUMİ KLİNİK  XÜSUSİYYƏTLƏRİ

Sadıqova Günel Balarza qızı

Azərbaycan Tibb Universitetinin Kliniki Farmkologiya kafedrası

Açar sözlər: COVID-19, ağciyər zədələmələri, klinik tədqiqatlar, epidemioloji xarakteristika

Ключевые слова: COVID-19, повреждения легких, клинические исследования, эпидемиологическая характеристика.

Key words: COVID-19, lung injuries, clinical studies, epidemiological characterization

11 mart 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən rəsmi olaraq pandemiya elan edilmiş və1 mart 2020-ci il tarixində ölkəmizdə ilk yoluxma halı bildirilmiş COVID-19 kimi tanınan SARS-CoV-2 virusuna dünyada təxminən 233 milyon yoluxma halı və 4 milyon ölüm halı qeydə alınıb [1, 2].

Eyni zamanda, hazırda geniş təzahürləri olan sistem xəstəlik kimi qəbul edilən COVID-19-dan sağalan xəstə populyasiyası gündən-günə artır və xəstəxanadan buraxıldıqdan sonra müşahidələr əhəmiyyət kəsb edir [3, 4, 5]. Post Covid və ya uzun müddətli covid kimi terminlər COVID-19-dan sağalmış, lakin hələ də infeksiyanın qalıcı təsirlərini bildirən və ya simptomları bir aydan çox davam edən insanlarda xəstəliyi təsvir etmək üçün istifadə olunur [6-8]. COVİD-19 sonrası dövrdə  baş verə biləcək erkən, gecikmiş ağırlaşmalar  tam öyrənilməmiş və çoxsaylı həllini tapmayan məsələlər qalmaqdadır [9, 10].

COVİD-19 multisistem xəstəlik olsa da əsas olarak pulmonar sistem zədələnir.  Pulmonar ağırlaşmalara kəskin dövrdə-pnevmoniya,pulmonar  emboliya,pnevmotoraks,pnevmomediastenium, kəskin tənəffüs çatışmazlığı, sepsis/septik şok ve KRDS, uzanmış dövrdə isə; intersitisyel ağciyər xəstəlikləri, pulmonar fibroz, xronik tromboembolik xəstəlik, pulmoner hipertenziya, xronik tənəffüs  çatışmazlığı  aid ediir [11-16].

Hər nə qədər postcovid uzanmış radioloji əlamətlərin olduğunu bilsək də interstisial zədələnmələr və pulmonar fibrozun inkişafı ilə əlaqəli daha geniş  araşdırmalara ehtiyac var [17-21]. Ədəbiyyatda COVİD-lə pasiyentlərin yaş, cins, sosial şəraiti, antropometrik xüsusiyyətləri, zərərli vərdişləri və yanaşı və sistem xarakterli xəstəliklər arasındakı əlaqəni göstərən bir sıra tədqiqatlara rast gəlinir ki, bunların bir çoxu sonrakı tədqiqatların nəticələri ilə ziddiyyət təşkil etmişdir [22].

Tədqiqatın məqsədi: COVİD-19 infeksiyası zamanı müxtəlif dərəcəli ağciyər zədələmələri baş vermiş pasiyentlərin klinik müayinəsindən əlavə bəzi antropometrik xüsusiyyətlərinin müəyyənləşdirilməsi.

Tədqiqatın material və metodları: COVİD-19 infeksiysaı zamanı müxtəlif dərəcəli ağciyər zədələmələri baş vermiş pasiyentlərin yaş, cins, qan qrupu, rayonlar üzrə paylanması, bəzi antropometrik xüsusiyyətləri, zərərli vərdişləri və müxtəlif yanaşı və sistem xarakterli xəstəliklərin mövcudluğu xüsusiyyətlərinin müəyyənləşdirilməsi məqsədilə icra etdiyimiz tədqiqat çoxmərhələli olmuşdur. Bu zaman tədqiqata ümumilikdə 202 nəfər ağciyərində müxtəlif səviyyələrdə COVİD-19 infeksiyası mənşəli dəyişikliklər baş vermiş pasiyentlər cəlb edilmişdir. Pasiyent qrupları üzrə pasiyentlərin paylanması aşağıdakı kimi olmuşdur:

I qrup döş qəfəsi KT müayinəsində ağciyər tutulumu <75% olan 64 pasiyent

II qrup döş qəfəsi KT müayinəsində ağciyər tutulumu 50-75% arası olan 42 pasiyent

Kontrol qrup döş qəfəsi KT müayinəsində ağciyər tutulumu 25-50 % arası olan 96 pasiyent

Alınmış ədədi verilənlər müasir tələbləri nəzərə almaqla statistik metodlarla işlənmişdir. Qrup göstəriciləri üçün orta qiymətlər (M), onların standart xətası (m), sıraların minimal (min) və maksimal (max) qiymətləri, həm­çinin qruplarda keyfiyyət göstəricilərinin rastgəlmə tezliyi müəyyən edilmişdir.Tədqiqat işi zamanı alınan nəticələrin statistik işlənməsi Statistica 7.0 tətbiqi komputer proqramı ilə aparılmışdır. Bütün alınmış nəticələr cədvəllərdə öz əksini tapmışdır.

Tədqiqatın nəticələri və onların müzakirəsi: COVİD-19 infeksiysaı zamanı müxtəlif dərəcəli ağciyər zədələmələri baş vermiş pasiyentlərin yaş, cins, qan qrupu, rayonlar üzrə paylanması, bəzi antropometrik xüsusiyyətləri, zərərli vərdişləri və müxtəlif yanaşı və sistem xarakterli xəstəliklərin mövcudluğu xüsusiyyətlərinin müəyyənləşdirilməsi məqsədilə icra etdiyimiz tədqiqat nəticəsində KT müayinəsilə ağciyər tutulumunun 75%-dən çox hissəsi zədələnmiş pasiyentlərdən ibarət qrupda (n=64) yaşı 21-25 olan şəxslərin sayı 2 nəfər olmaqla qrup üzrə 3,13±2,17% halları əhatə etmişdir.

COVİD infeksiyası ilə əlaqədar olaraq, ağciyər toxumasının müxtəlif dərəcəli zədələnmələrinə görə ayrılmış pasiyent qruplarında tədqiqat obyektlərinin yaş intervallarının qeydiyyatının aparıldığı mərhələdə yaşı 31-35 intervalında olan pasiyentlərin sayı COVİD-lə əlaqədar olaraq, ağciyər toxumasının 75%-dən çox hissəsi zədələnmiş pasiyentlərdən ibarət I əsas qrupda (n=64) 8 nəfərdə, ağciyər toxumasının 50-75% hissəsi zədələnmiş II əsas yarımqrupda (n=42) və ağciyər toxuması 25-50% arasında zədələnmiş pasiyentlərdən ibarət nəzarət qrupunda (n=96) hər bir qrup üçün ayrı-ayrılqda 2 nəfərdə qeydə alınmışdır ki, bunlar da müvafiq qruplar üzrə ardıcıllığa uyğun olaraq, 12,5±4,13%, 4,76±3,29% və 2,08±1,46% tədqiqat obyektlərini əhatə etmişdir

Tədqiqat zamanı I əsas qrupdakı ağciyər tutulumunun 75%-dən artıq hissəsindən məhrum olmuş pasiyentlərdən 6 nəfərinin yaxud onların 9,38±3,64%-nin yaşı 36-40 aralığında tərəddüd etsə də, bu qrupda yaşı 46-50 arasında dəyişilən pasiyentlərin sayı 10 nəfər olmaqla qrup üzrə ümumi kontingentin 15,63±4,54%-ni əhatə etmişdir. Bu zaman ağciyər toxumasının 50-75% hissəsi zədələnmiş pasiyentlərdən ibarət II əsas qrupda yaşı 36-40 arasında tərəddüd edən tədqiqat obyektləri cəmi 1 nəfər, yaşı 46-50 aralığında tərəddüd edənlərin sayı isə cəmi 2 nəfər təşkil etmişdir ki, bunlar da uyğun qrupun müvafiq olaraq, 2,38±2,35% və 4,76±3,29%-i deməkdir.

Qrafik 1. COVİD-19 infeksiysaı zamanı müxtəlif dərəcəli ağciyər zədələmələri baş vermiş pasiyentlərin yaş göstəriciləri

Ağciyər toxumasının 25-50% hissəsi COVİD infeksiyası səbəbindən zədələnmiş pasiyentlərdən ibarət nəzarət qrupunda (n=96) yaşı 36-40 intervalında tərəddüd edən şəxslərin sayı 7 nəfər və yaşı 46-50 intervalında tərəddüd edən şəxslərin sayı isə 12 nəfər olmaqla, uyğun qrup üzrə müvafiq olaraq, kontingentin 7,29±2,65% və 12,5±3,38% əhatələmişdir.

Tədqiqat nəticəsində ağciyər toxumasının 50-75%-nin infeksiya mənşəli zədələnməsi baş vermiş pasiyentlərdən ibarət II əsas qrupda (n=42) yaşı 41-45 aralığında olan şəxslərin sayı 2 nəfər olmaqla qrup üzrə 4,76±3,29% təşkil etməsinə baxmayaraq, COVİD infeksiyası səbəbindən ağciyər toxumasının 75%-dən çox sahəsi zədələnmiş pasiyentlərdən ibarət I əsas qrupda 7 nəfərin yaşı bu intervala uyğun olmuşdur və bu uyğun qrupdakı tədqiqat obyektlərinin 10,94±3,9%-ni əhatə etmişdir. Bu baxımdan, yəni yaşı 41-45 aralığında tərəddüd edən pasiyentlərin rast gəlinməsi üzrə ağciyər toxumasınnın 25-50%-i COVİD mənşəli zədələnməsi baş vermiş pasiyentlərdən ibarət nəzarət qrupunda aparılan tədqiqat zamanı onların sayının 9 nəfərlə qrup üzrə 9,38±2,97% təşkil edərək I və II əsas qrupun anoloji göstəriciləri arasında aralıq mövqedə dayandığı qeydə alınmışdır.

Tədqiqatın bu mərhələsində adı çəkilən infeksion prosesin ağırlaşması ilə əlaqədar olaraq, ağciyər toxumasının 50-75%-i zədələnmiş pasiyentlərdən təşkil edilmiş II əsas qrupdakı pasiyentlərdən 9 nəfərinin yaşı 51-55 arasında, 7 nəfərinin yaşı isə 61-65 aralığında tərədddüd etmişdir və bunlar II əsas qrupun müvafiq olaraq, 21,43±6,33% və 16,67±5,75%-ni əhatə etmişdir. COVİD səbəbindən ağciyər toxumasının həcminin 25-50%-dən məhrum olmuş pasiyentlərdən ibarət nəzarət qrupunda yaşı 51-55 arasında olan şəxslərin sayı 11, yaşı 61-65 arasında tərəddüd edən pasiyentlərin sayı isə 15 nəfər olmaqla nəzarət qrupunun müvafiq olaraq, 11,46±3,25% və 15,63±3,71%-ni təşkil etmişdir.

Tədqiqat zamanı 64 nəfər COVİD-19 infeksiyası səbəbindən ağciyər tutumunun 75%-dən çox hissəsindən məhrum olmuş pasiyentlərdən ibarət qrupda yaşı 56-60 intervalında tərəddüd edən şəxslərin sayı 8 nəfər, yaşı 66-70 intervalında tərəddüd edən şəxslərin sayı isə 3 nəfər olmaqla qrup üzrə ardıcıllığa müvafiq olaraq, 12,5±4,13% və 4,69±2,64% tədqiqat obyektlərini əhatə etmişdir.

Ağciyər tutulumu müxtəlif səviyyələrdə zədələnmiş pasiyentlərdən təşkil etdiyimiz qruplarda pasiyentlərin yaş intervallarının qeydiyyatını apararkən həm ağciyər tutumunun 75%-dən çox hissəsi zədələnmiş pasiyentlərdən ibarət birinci, həm də ağciyər tutumunun 50-75% hissəsinin zədələnməsi baş vermiş pasiyentlərdən ibarət ikinci əsas yarım qrupda yaşı 76-dan yuxarı olan şəxslərə rast gəlinməsə də, ağciyər tutumunun 25-50% hissəsindən məhrum olmuş nəzarət qrupunda (n=96) 3 nəfərin yaşı 76-dan yuxarı olmuşdur ki, bu da uyğun qrup üzrə 3,13±1,78% deməkdir.

Müxtəlif dərəcəli ağciyər zədələmələri baş vermiş pasiyentlərin yaş intervalları üzrə paylanmasının müəyyən edilməsindən sonra anoloji qruplar üzrə qan qruplarının qeydiyyatı aparılmışdır. Bu zaman adı çəkilən güclü infeksion proses səbəbindən ağciyər tutumunun 75%-dən çox hissəsindən məhrum olmuş pasiyentlərdən ibarət birinci qrupda rezus amilinə görə neqativ olan I qan qrupuna malik cəmi 1 şəxs qeydə alınmışdır ki, bu da müvafiq qrup kontingentinin 1,56±1,55%-i anlamına gəlir.

Tədqiqat nəticəsində I və II əsas qruplarda rezus amilinə görə pozitiv olan şəxslərin sayı hər bir qrup üzrə ayrılıqda 4 nəfər qeydə alındığı halda, nəzarət qrupunda 19 nəfərdə uyğun qan qrupuna rast gəlinmişdir ki, bu şəxslər aid olduqları kliniki qrupların ardıcıllığa uyğun olaraq, 6,25±3,03%, 9,52±4,53% və 19,79±4,07%-ni əhatə edir (cədvəl 2).

Hər üç qrup üzrə pasiyentlərdə rezus amilinə görə pozitiv II və III qan qrupuna mənsub şəxslərin sayı üstünlük təşkil etmişdir ki, bu da sağlam populyasiyada da belədir. Nəticə olaraq, buradan belə fikir səsləndirmək olar ki, COVİD infeksiyasının ağciyər ağırlaşmaları qan qrupu parametrləri ilə həər hansı asılılıq nümayiş etdirmir.

Belə ki, adı çəkilən infeksiya səbəbindən ağciyər tutmunun 75%-dən yuxarı hissəsi zədələnmiş pasiyentlərdən ibarət I qrupda rezus müsbət II qan qrupuna malik pasiyentlərin sayı 19 nəfər olmaqla qrup üzrə 29,69±5,71 halları təşkil etmişdir.

Tədqiqat zamanı həm ağciyər tutumunun 75%-dən artığı zədələnmiş pasiyentlərdən ibarət I əsas qrupdakı (n=64), həm aöciyər tutumunun 50-75% hissəsi zədələnmiş pasiyentlərdən ibarət II əsas yarımqrupdakı (n=42) və həm də ağciyər tutumunun 25-50%-i sıradan çıxmış pasiyentlərdən ibarət nəzarət qrupundakı (n=96) tədqiqat obyektlərindən ayrı-ayrılıqda 2 nəfərdə rezus amilinə görə neqativ III qan qrupunun olduğu qeydə alınmışdır ki, bu da adı çəkilən qrupların ardıcıllığına uyğun olaraq, 3,13±2,17%, 4,76±3,29% və 2,08±1,46% deməkdir.  COVİD infeksiyası səbəbindən ağciyər toxumasında daha çox zədələnmənin qeydə alındığı I əsas qrupda rezus amilinə görə müsbət III qan qrupu qeydə alınmış pasiyentlərin sayı 25 nəfər olmuşdur ki, bu da uyğun qrup üzrə 39,06±6,1% təşkil edir. Bu zaman müvafiq qan qrupuna mənsub pasiyentlərin ağciyərin zədələnmiş sahələri I əsas qrupla nəzarət qrupu arasında aralıq mövqedə dayanan II qrupdakı sayı 13 nəfər olmaqla qrup üzrə 30,95±7,13% olmuşdur.

Əsas qruplarla müqayisədə ağciyərin zədələnmiş toxuma miqdarı daha az olan nəzarət qrupunda mənfi III qrup qana malik şəxslərin sayı 29 nəfər təşkil etməklə uyğun qrupdakı ümumi tədqiqat qrupunun 30,21±4,69%-ni əhatə etmişdir.

Qrafik 2. COVİD-19 infeksiysaı və ağciyər zədələmələri baş vermiş pasiyentlərin qan qrupları

Həm I əsas yarımqrupda, həm də II əsas qrupda rezus amilinə görə IV qan qrupuna malik şəxslərin sayı hər qrup üçün ayrı-ayrılıqda 1 nəfər olmaqla qeyd edilən qruplara müvafiq olaraq, 1,56±1,55% və 2,38±2,35% təşkil etmişdir. Bu zaman nəzarət qrupundakı kontingentdən 2 nəfərdə mənfi IV qan qrupu qeydə alınmışdır və bu müvafiq qrup üzrə 2,08±1,46% deməkdir.

Müxtəlif dərəcəli ağciyər zədələmələri baş vermiş pasiyentlərin qruplar üzrə qan qruplarının qeydiyyatı aparıldıqdan sonra onların inzibati ərazi rayonları üzrə qeydiyyatı aparılmışdır ki, bu zaman I əsas yarımqrupdakı tədqiqat obyektlərindən (n=64) 39 nəfəri Bakı və ətraf qəsəbələrində yaşayan şəxslər olmuşdur ki, bu da qrup üzrə ümumi kontingentin 60,9± 6,1%-ni əhatə edir. Bu zaman II əsas yarımqrupda (n=42) qeyd olunan inzibati ərazi vahidində yaşayan şəxslər 22 nəfər olmaqla qrup üzrə ümumi kontingentin 52,4±7,71%-ni təşkil etmişdir. Nəzarət qrupu üzrə Bakı və ətrafı qəsəbələrdə yaşaya şəxslərin sayı 53 nəfər olmaqla qrup kontingentinin 55,2±5,08%-ni əhatə etmişdir.

Ağciyər tutumunun 75%-dən artıq hissəsi zədələnməyə məruz qalmış pasiyentlərdən ibarət I əsas yarımqrupda (n=64) 6 nəfər yaxud onların 9,38±3,64%-də yaşayış ünvanı Gəncə şəhəri və onun ətraf qəsəbələri olmuşdur. Bu zaman kornavirusların uyğun ştammının yaratdığı infeksiya səbəbindən ağciyər toxumasının 50-75%-ni əhatə edən zədələnmə baş vermiş pasiyentlərdən ibarət II əsas qrupda (n=42) müvafiq inzibati vahiddə yaşayan şəxslərin sayı 3 nəfər olmaqla qrup üzrə ümumi kontingentin 7,14±3,97%-ni əhatə etmişdir. COVİD səbəbindən ağciyər tutumunun 25-50%-i zədələnməyə məruz qalmış pasiyentlərdən ibarət nəzarət qrupunda (n=96) 12 nəfər Gəncə şəhəri və ətraf qəsəbələrində yaşadığı müəyyən edilmişdir ki, bu da uyğun qrupun 12,5±3,38%-ni təşkil edir (cədvəl 3).

Bu mərhələdə ağciyər tutumunun 50-75% hissəsi zədələnmiş pasiyentlərdən ibarət II qrupda (n=42) 2 nəfərin, ağciyər tutumunun 25-50% hissəsi zədələnməyə məruz qalmış nəzarət qrupunda (n=96) 9 nəfərin Mingəçevir şəhər sakini olduğu qeydə alınmışdır ki, bunlar da aid olduqları yarımqrup və qrupun uyğun olaraq, 4,76±3,29% və 9,38±2,97%-ni əhatə etmişdir. I əsas yarımqrupdan 4 nəfərin, II yarımqrupdan 3 nəfərin və nəzarət qrupundan isə 5 nəfərin Lənkəran şəhərində yaşadığı və oradan paytaxta gətirildiyi məlum olmuşdur ki, bu şəxslər də mənsubu olduqları tədqiqat qruplarının müvafiq olaraq, 6,25±3,03%, 7,14±3,97% və 5,21±2,27%-ni təşkil etmişdir.

Qeyd etmək lazımdır ki, I və II əsas qruplarda, nəzarət qrupunda ayrı-ayrılıqda 3 nəfərin yaşayış qeydiyyatı müxtəlif digər inzibati ərazi vahidlərində olmuşdur ki, bu da qeyd edilən qruplar üzrə uyğun olaraq, 4,69±2,64%, 7,14±3,97% və 3,13±1,78% tədqiqat obyektlərini əhatə etmişdir.

Tədqiqatın növbəti mərhələsində ağciyər zədələmələri baş vermiş pasiyentlərin cinsə, o cümlədən hamiləlik hallarına görə təhlili aparılmışdır ki, bu zaman ağciyər tutumunun 75%-dən artıq sahəsi zədələnmiş pasiyentlərdən ibarət I əsas yarımqrupda (n=64) 29 nəfər kişi, 35 nəfər isə qadın cinsinə mənsub olmuşdur və bu da müvafiq qrup üzrə uyğun olaraq, 45,3±6,22% və 54,7±6,22% halları əhatə edir. Müvafiq tədqiqat qrupunda qadınlardan 3 nəfərində hamiləlik qeydə alınmışdır və bunlar qrupun 4,69±2,64%-i deməkdir (cədvəl 4).

Cədvəl 1. COVİD-19 infeksiysaı zamanı müxtəlif dərəcəli ağciyər zədələnmələri baş vermiş pasiyentlərin cins tərkibi

CinsI əsas qrup (n=64)II əsas qrup (n=42)Nəzarət qrupu (n=96)
Sayla%-ləSayla%-ləSayla%-lə
Kişilər2945,3±6,221945,2±7,684445,8±5,09
Qadınlar3554,7±6,222354,8±7,685254,2±5,09
o cümlədən hamilələr34,69 ± 2,6412,38±2,3588,33±2,82

Ağciyər tutumunun 50-75% hissəsi zədələnməsi baş vermiş pasiyentlərdən ibarət ikinci əsas qrupda (n=42) 19 nəfər kişi və 23 nəfər qadın cinsinə mənsub olmuşdur ki, bunlar da müvafiq tədqiqat qrupu üzrə 45,2±7,68% və 54,8±7,68% şəxsləri əhatə edir. Müvafiq qadınlardan 1 nəfəri, başqa sözlə onların 2,38±2,35%-i hamilə olmuşdur. Ağciyər tutumunun 25-50% hissəsi sıradan çıxmış pasiyentlərdən təşkil edilmiş nəzarət qrupunda (n=96) tədqiqat obyektlərinin 44 nəfəri kişi və 52 nəfəri isə qadınlar olmuşdur ki, bunlar da müvafiq qrup üzrə uyğun olaraq, 45,8±5,09% və 54,2±5,09% şəxsləri əhatə edir.

  1. Chen, C. et al. Global prevalence of post-coronavirus disease 2019 (COVID-19) condition or long COVID: A meta-analysis and systematic review. J. Infect. Dis. 226, 1593–1607. https://doi.org/10.1093/infdis/jiac136 (2022).
  2. Cucinotta D, Vanelli M. WHO Declares COVID-19 a Pandemic. Acta Biomed. 2020 Mar 19;91(1):157-160. doi: 10.23750/abm.v91i1.9397.
  3. COVID-19 Sonrası Devam Eden Semptomlar, İnterstisyel Akciğer Hastalığı Oluşumu ve Takip Süreci Melike Yüksel Yavuz , Ceyda Anar İzmir Göğüs Hastanesi Dergisi 2021;35(2):53-65 doi:10.5222/IGH.2021.00719
  4. World Health Organization. Coronavirus disease 2019 (COVID-19): Situation Report – 38. 27 February 2020 Accessed at www.who.int/docs/default-source/coronaviruse/situation-reports/20200227-sitrep-38-covid-19.pdf?sfvrsn=9f98940c_2.
  5. Lippi, G., Sanchis-Gomar, F. & Henry, B. M. COVID-19 and its long-term sequelae: What do we know in 2023?. Pol. Arch. Intern. Med. https://doi.org/10.20452/pamw.16402 (2023)
  6. Miyazato, Y. et al. Prolonged and late-onset symptoms of coronavirus disease 2019. Open Forum Infect. Dis. 7, ofaa507 (2020).
  7. Rahmati, M. et al. A systematic review and meta-analysis of long-term sequelae of COVID-19 2-year afer SARS-CoV-2 infection: A call to action for neurological, physical, and psychological sciences. J. Med. Virol. https://doi.org/10.1002/jmv.28852 (2023).
  8. Sugiyama, A., Takafuta, T., Sato, T. et al. Natural course of post-COVID symptoms in adults and children. Sci Rep 14, 3884 (2024). https://doi.org/10.1038/s41598-024-54397-y
  9. World_Health_Organization. Post COVID-19 condition (Long COVID), https://www.who.int/europe/news-room/fact-sheets/item/ post-covid-19-condition
  10. Desai AD, Lavelle M, Boursiquot BC, Wan EY. Long-term complications of COVID-19. Am J Physiol Cell Physiol. 2022 Jan 1;322(1):C1-C11. doi: 10.1152/ajpcell.00375.2021.
  11. SeyedAlinaghi S, Afsahi AM, MohsseniPour M, Behnezhad F, Salehi MA, Barzegary A, Mirzapour P, Mehraeen E, Dadras O. Late complications of COVID-19; a systematic review of current evidence. Arch Acad Emerg Med 9: e14, 2021. doi: 10.22037/aaem.v9i1.1058.
  12. Balbi M, Conti C, Imeri G, Caroli A, Surace A, Corsi A, Mercanzin E, Arrigoni A, Villa G, Di Marco F, Bonaffini PA, Sironi S. Post-discharge chest CT findings and pulmonary function tests in severe COVID-19 patients. Eur J Radiol 138: 109676, 2021. doi: 10.1016/j.ejrad.2021.109676. 
  13. Chan JF, Yuan S, Kok KH, et al. A familial cluster of pneumonia associated with the 2019 novel coronavirus indicating person-to-person transmission: a study of a family cluster. Lancet. 2020;95:514–523. doi:10.1016/S0140-6736(20)30154-9.
  14. Gupta A, Madhavan MV, Sehgal K, Nair N, Mahajan S, Sehrawat TS, Bikdeli B, Ahluwalia N, Ausiello JC, Wan EY, Freedberg DE, Kirtane AJ, Parikh SA, Maurer MS, Nordvig AS, Accili D, Bathon JM, Mohan S, Bauer KA, Leon MB, Krumholz HM, Uriel N, Mehra MR, Elkind MSV, Stone GW, Schwartz A, Ho DD, Bilezikian JP, Landry DW. Extrapulmonary manifestations of COVID-19. Nat Med 26: 1017–1032, 2020. doi: 10.1038/s41591-020-0968-3.
  15. Martin-Villares C, Perez Molina-Ramirez C, Bartolome-Benito M, Bernal-Sprekelsen M; COVID ORL ESP Collaborative Group (*). Outcome of 1890 tracheostomies for critical COVID-19 patients: a national cohort study in Spain. Eur Arch Otorhinolaryngol 278: 1605–1612, 2021. doi: 10.1007/s00405-020-06220-3. 
  16. Raj SR, Arnold AC, Barboi A, Claydon VE, Limberg JK, Lucci V-EM, Numan M, Peltier A, Snapper H, Vernino S; American Autonomic Society. Long-COVID postural tachycardia syndrome: an American Autonomic Society statement. Clin Auton Res 31: 365–368, 2021. doi: 10.1007/s10286-021-00798-2
  17. Salem AM, Al Khathlan N, Alharbi AF, Alghamdi T, AlDuilej S, Alghamdi M, Alfudhaili M, Alsunni A, Yar T, Latif R, Rafique N, Al Asoom L, Sabit H. The long-term impact of COVID-19 pneumonia on the pulmonary function of survivors. Int J Gen Med 14: 3271–3280, 2021. doi: 10.2147/IJGM.S319436. 
  18. Dweck MR, Bularga A, Hahn RT, Bing R, Lee KK, Chapman AR, White A, Salvo GD, Sade LE, Pearce K, Newby DE, Popescu BA, Donal E, Cosyns B, Edvardsen T, Mills NL, Haugaa K. Global evaluation of echocardiography in patients with COVID-19. Eur Heart J Cardiovasc Imaging 21: 949–958, 2020. doi: 10.1093/ehjci/jeaa178.
  19. McDonald LT. Healing after COVID-19: are survivors at risk for pulmonary fibrosis? Am J Physiol Lung Cell Mol Physiol 320: L257–L265, 2021. doi: 10.1152/ajplung.00238.2020.
  20. Puntmann VO, Carerj ML, Wieters I, Fahim M, Arendt C, Hoffmann J, Shchendrygina A, Escher F, Vasa-Nicotera M, Zeiher AM, Vehreschild M, Nagel E. Outcomes of cardiovascular magnetic resonance imaging in patients recently recovered from coronavirus disease 2019 (COVID-19). JAMA Cardiol 5: 1265–1273, 2020. doi: 10.1001/jamacardio.2020.3557. 
  21. Wichmann D. Autopsy findings and venous thromboembolism in patients with COVID-19. Ann Intern Med 173: 1030, 2020. doi: 10.7326/L20-1206. 
  22. Fortunato, F., Lillini, R., Martinelli, D. et al. Association of socio-economic deprivation with COVID-19 incidence and fatality during the first wave of the pandemic in Italy: lessons learned from a local register-based study. Int J Health Geogr 22, 10 (2023). https://doi.org/10.1186/s12942-023-00332-9

COVİD-19 İNFEKSİYSAI ZAMANI MÜXTƏLİF DƏRƏCƏLİ AĞCİYƏR ZƏDƏLƏMƏLƏRİ BAŞ VERMİŞ PASİYENTLƏRİN ÜMUMİ KLİNİK  XÜSUSİYYƏTLƏRİ

Sadıqova Günel Balarza qızı

Azərbaycan Tibb Universitetinin Kliniki Farmkologiya kafedrası

Tədqiqatın məqsədi COVİD-19 infeksiyası zamanı müxtəlif dərəcəli ağciyər zədələmələri baş vermiş pasiyentlərin klinik müayinəsindən əlavə bəzi antropometrik xüsusiyyətlərinin müəyyənləşdirilməsi olmuşdur. Tədqiqata ümumilikdə 202 pasiyent cəlb edilmişdir. Pasiyent qrupları üzrə pasiyentlərin paylanması aşağıdakı kimi olmuşdur: I qrup döş qəfəsi KT müayinəsində ağciyər tutulumu <75% olan 64 pasiyent, II qrup döş qəfəsi KT müayinəsində ağciyər tutulumu 50-75% arası olan 42 pasiyent, Kontrol qrup döş qəfəsi KT müayinəsində ağciyər tutulumu 25-50 % arası olan 96 pasiyent. COVİD infeksiyası səbəbindən ağciyər toxumasında daha çox zədələnmənin qeydə alındığı I əsas qrupda rezus amilinə görə müsbət III qan qrupu qeydə alınmış pasiyentlərin sayı 39,06±6,1% təşkil edir. Ağciyər tutumunun 50-75% hissəsi zədələnməsi baş vermiş pasiyentlərdən ibarət ikinci əsas qrupda 1 45,2±7,68% kişi və 54,8±7,68% qadın şəxsləri əhatə edir.

GENERAL CLINICAL CHARACTERISTICS OF PATIENTS WITH DIFFERENT DEGREES OF LUNG DAMAGE DURING COVID-19 INFECTION

Sadygova Gunel Balarza

Department of Clinical Pharmacology of Azerbaijan Medical University

The purpose of the study was to determine some anthropometric characteristics of patients with various degrees of lung damage during the COVID-19 infection, in addition to the clinical examination. A total of 202 patients were included in the study. The distribution of patients according to patient groups was as follows: Group I: 64 patients with lung involvement <75% in chest CT examination, Group II: 42 patients with lung involvement between 50-75% in chest CT examination, Control group: 25 lung involvement in chest CT examination 96 patients with between -50%. The number of patients with positive blood group III according to the rhesus factor is 39.06±6.1% in main group I, where more lung tissue damage is recorded due to COVID infection. In the second main group of patients with 50-75% lung capacity damage, 1 45.2±7.68% of men and 54.8±7.68% of women are included.

ОБЩАЯ КЛИНИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА ПАЦИЕНТОВ С РАЗНОЙ СТЕПЕНЬЮ ПОРАЖЕНИЯ ЛЕГКИХ ПРИ ИНФЕКЦИИ COVID-19

Садыгова Гюнель Баларзы

Кафедра Клинической Фармакологии Азербайджанского Медицинского Университета

Целью исследования было помимо клинического обследования определить некоторые антропометрические характеристики пациентов с различной степенью поражения легких при инфекции COVID-19. Всего в исследование были включены 202 пациента. Распределение пациентов по группам пациентов было следующим: Группа I: 64 пациента с поражением легких <75% при КТ грудной клетки, Группа II: 42 пациента с поражением легких от 50 до 75% при КТ грудной клетки, Контрольная группа: 25 поражение легких при КТ-обследовании грудной клетки у 96 пациентов с показателем от -50%. Число больных с положительной по резус-фактору III группой крови составляет 39,06±6,1% в основной I группе, где регистрируется большее поражение легочной ткани вследствие COVID-инфекции. Во вторую основную группу больных с поражением легких 50-75% вошли 45,2±7,68% мужчин и 54,8±7,68% женщин.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir