Fayllar
Müraciət nəzarət siyahısı
MedEpicent: Journal of Medical Education and Clinical Research – tibb elmi, klinik təcrübə və tibbi təhsil sahəsində fəaliyyət göstərən beynəlxalq, rəyçi yoxlamalı (peer-reviewed) elmi jurnaldır. Jurnal çoxdilli elmi platforma yaradaraq tibbin bütün sahələrini əhatə edir və yüksək etik prinsiplərə sadiq qalır. Bu təlimatlar müəlliflər üçün hazırlanmışdır.
Məqalələrin təqdim olunması və ümumi qaydalar
-
Dil: Məqalələr azərbaycan, türk, ingilis və rus dillərində qəbul edilir. Lakin Abstract (xülasə) ingilis dilindətəqdim olunması məcburidir. Azərbaycan, türk və rus dillərində təqdim olunan məqalələrdə başlıq, xülasə və açar sözlər həm orijinal dildə, həm də ingilis dilində yazılmalıdır.
-
Məqalə növləri:
-
Orijinal araşdırmalar – yeni elmi nəticələrə əsaslanan klinik və ya eksperimental işlər. Struktur: Giriş, Metodlar, Nəticələr, Müzakirə, Nəticə.
-
İcmal məqalələr (Review articles) – seçilmiş mövzular üzrə analitik təhlil. Sistematik icmallar və meta-analizlər beynəlxalq standartlara (məs., PRISMA) uyğun olmalıdır.
-
Klinik hallar (Case reports) – nadir və ya öyrədici klinik müşahidələr. Struktur: Giriş, Halın təqdimatı, Müzakirə, Nəticə.
-
Qısa məqalələr (Short communications) – kiçik həcmli, lakin orijinal nəticələr təqdim edən yazılar.
-
Tibbi təhsil və simulyasiya məqalələri – tədris metodları, təlim texnologiyaları və simulyasiya təcrübələri ilə bağlı yazılar.
-
Redaksiyaya məktub (Letter to the Editor) – elmi şərhlər, tənqid və müzakirələr (500–1000 söz).
-
-
Orijinallıq: Məqalə yalnız müəllif(lər)in orijinal işi olmalı, əvvəllər dərc olunmamış və eyni vaxtda başqa jurnala təqdim edilməmişdir.
-
Rəyçilik prosesi: Məqalələr ikili kor rəyçilik (double-blind peer review) proseduru ilə yoxlanılır. Müəllif məlumatları yalnız ayrıca titul səhifəsində göstərilməlidir. Rəyçilərin rəylərinə əsasən son qərarı redaksiya heyəti verir.
-
DOI və ödənişlər: Qəbul olunan hər məqaləyə unikal DOI təyin edilir. Hazırda dərc ödənişsizdir. Gələcəkdə dəyişiklik olacağı halda, bu, sayt vasitəsilə elan ediləcək.
Məqalənin quruluşu
-
Titulyar səhifə: Məqalənin tam başlığı, qısa başlıq, müəlliflərin ad və soyadları, elmi dərəcələri və titulları, işlədiyi müəssisə və ölkə, ORCID nömrələri, əlaqədar müəllifin e-mail və telefon məlumatları.
-
Xülasə (Abstract): İngilis dilində təqdim olunur. Orijinal işlər və sistematik icmallar üçün strukturlaşdırılmış xülasə tələb olunur (Məqsəd, Metodlar, Nəticələr, Nəticə). Həcm: 250–300 söz.
-
Açar sözlər (Keywords): 3–6 söz. MeSH (Medical Subject Headings) əsasında seçilməsi tövsiyə olunur.
-
Məqalə mətni:
-
Orijinal məqalə: Giriş, Metodlar, Nəticələr, Müzakirə, Nəticə.
-
İcmal: Giriş, mövzular üzrə bölmələr, Nəticə.
-
Kliniki hal: Giriş, Halın təqdimatı, Müzakirə, Nəticə.
-
Qısa məqalə: 1500–2000 söz.
-
Təhsil və simulyasiya: metodun təsviri, nəticələr, Nəticə.
-
Məktub: 500–800 söz.
-
-
İstinadlar: Vankuver (ICMJE) üslubunda verilməlidir. Mətn daxilində istinadlar [1], [2,5] formatında göstərilir. Jurnal adları Index Medicus standartlarına uyğun qısaldılmalıdır.
-
Cədvəllər və şəkillər: Nömrələnməli, başlıq və izah yazısı olmalıdır. Şəkillər minimum 300 dpi keyfiyyətdə təqdim edilməlidir. Pasiyent məlumatlarını açıqlayan şəkillər qəbul edilmir.
-
Format: Məqalələr Word (.docx) formatında, Times New Roman, şrift 12, sətirlərarası 1.5–2 interval, sahələr 2–2.5 sm olmaqla göndərilməlidir. SI ölçü vahidləri istifadə olunmalıdır. Abbreviaturalar ilk istifadədə açıq şəkildə yazılmalıdır.
Məqalələrin təqdimatı və rəy prosesi
-
Məqalələr sayt üzərindən və ya e-mail vasitəsilə (info@medepicent.org) təqdim oluna bilər.
-
Əvvəlcə redaksiya məqalənin jurnal profilinə uyğunluğunu yoxlayır.
-
Daha sonra rəyçilərə göndərilir. Orta rəy müddəti 4–6 həftədir.
-
Qərar variantları: qəbul, düzəlişlə qəbul, əsaslı düzəliş, rədd edilmə.
-
Qəbuldan sonra məqalə redaktə və korrektura mərhələsindən keçir.
Etik prinsiplər
Jurnal ICMJE və COPE standartlarına uyğun fəaliyyət göstərir:
-
Plagiat: Məqalələr orijinallıq üçün yoxlanılır.
-
Müəlliflik: Bütün müəlliflər ICMJE meyarlarına cavab verməlidir.
-
Maraqlar toqquşması: Bütün potensial maliyyə və şəxsi maraqlar açıqlanmalıdır.
-
Etik icazələr: İnsan və heyvan üzərində aparılan araşdırmalara bioetika komitəsindən icazə alınmalıdır. Kliniki hallar üçün pasiyent razılığı tələb olunur.
-
Klinik araşdırmalar: Beynəlxalq bazalarda (ClinicalTrials.gov və ya WHO ICTRP) qeydiyyat tövsiyə olunur.
-
Lisenziya: Məqalələr Creative Commons (CC BY) lisenziyası ilə dərc olunur və açıq girişi təmin edilir.
Nəticə
Bu təlimatlar müəlliflərə MedEpicent jurnalında məqalələrini beynəlxalq standartlara uyğun şəkildə hazırlamaqda yardımçı olmaq məqsədi ilə hazırlanmışdır.
Əlaqə: info@medepicent.org