TRAUMA SUMMIT 2026 – Kritik vəziyyətlərdə klinik strategiyalar
Posted on 2026-02-0925 aprel 2026-cı il tarixində, saat 10:00-da, Bakı şəhərində yerləşən Yeni Klinikanın konfrans salonunda Azərbaycan Təcili Tibb Akademiyası və Pasiyent Təşkilatları İttifaqının təşəbbüsü ilə “TRAUMA SUMMIT 2026 – Kritik vəziyyətlərdə klinik strategiyalar” adlı elmi-praktik tədbirin keçirilməsi planlaşdırılır.
Tədbir ödənişsizdir.
Əsas məqsəd travmalı xəstələrin diaqnostika, ilkin tibbi yardım, müalicə və monitorinq mərhələlərində müasir klinik strategiyaları və multidisiplinar yanaşmaları təqdim etmək, müxtəlif ixtisas sahələri arasında koordinasiyanı gücləndirmək, eləcə də vaxta həssas klinik qərarların praktik tətbiqini təşviq etməkdir.